Qətlləri ilə gündəmə gələn multimilyonçu öldü

11 Yanvar 2022 17:42

Üç qətldə şübhəli bilinən və təsdiqini tapan bir cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilən amerikalı multimilyonçu Robert Darst vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.

O, ötən gün 78 yaşında Kaliforniyanın Stokton şəhərindəki xəstəxanada dünyasını dəyişib. Onun ölümünə ürək dayanması səbəb olub.

Qeyd edək ki, ötən ilin sentyabrında Robert sevgilisi Syuzan Bermanın qətlində təqsirli bilinib, oktyabrda isə Los-Anceles məhkəməsi milyonçuya ömürlük həbs cəzası verib. Robertin qadını öldürməsinə səbəb isə 1982-ci ildə itən və izi tapılmayan həyat yoldaşı Ketinin qətli ilə bağlı dəlillər əldə etməsi olub.

2001-ci ildə qonşusu Blekini öldürməkdə təqsirli bilinsə də, məhkəmə bunu özünümüdafiə kimi qiymətləndirib.

Onun cinayətlərinin üstü isə 2015-ci ildə "HBO" kanalının Robertin həyatı haqqında sənədli film çəkərkən açıq qalan kameranın önündə qətllərlə bağlı etirafı olub.

Xarici media multimilyonçunun ölümünü Keti Darstla nə baş verdiyinin heç vaxt bilinməyəcəyi kimi şərh edib.

Milli.Az