Ərinin onu aldatdığını düşünürdü - Kameraya baxanda təəccübləndi - VİDEO

11 Yanvar 2022 18:12

Aldanmaq qorxusu insanların çoxunun yaşadığı bir qorxudur. Ancaq bəzən bu vəziyyətlər sadəcə əsassız olur.

Məsələn, Kristina DelRossi adlı ingilis qadın da ərinin onu aldatdığını düşünüb. Belə ki, axşam ərinin evə gəlmədiyini görən qadın düşünüb ki, kişisi başqası ilə gecələyib. Ertəsi gün də ərinin evə nə vaxt gəldiyini öyrənmək üçün mənzilin videogörüntülərini nəzərdən keçirmək qərarına gəlir. Lakin o, maraqlı vəziyyətlə qarşılaşıb. Gənc qadın ərinin axşam saatlarında evə gəlsə də, içkili olduğu üçün içəri girə bilmədiyini müşahidə edib. Kristina ərinin ona xəyanət etmədiyini biləndə həm sevinc, həm də peşmanlıq ifadə edib.

Anar Əli
Milli.Az