Filippində həbsxanada iğtişaş baş verib, ölənlər var

11 Yanvar 2022 16:00

Filippinin Kalukan şəhərindəki həbsxanada baş verən iğtişaş nəticəsində 6 məhkum ölüb, 33 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Həbsxanalar İdarəçiliyi və Penologiya Bürosunun (BJMP) sözçüsü Xavier Solda bildirib.

O deyib ki, iki məhkum arasında dünən kiçik dava-dalaşdan başlamış hadisədən sonra həbsxanada yüksəldilən xəbərdarlıq rejimi tətbiq edilib.

Onun sözlərinə görə, həbsxananın superintendantı vəzifədən kənarlaşdırılıb.

Qeyd olunur ki, 200 nəfərlik olan həbsxanada hazırda 1900 məhkum saxlanılır.

Milli.Az