Əhaliyə XƏBƏRDARLIQ - Azərbaycanda da qarşıdakı günlərdə ...

11 Yanvar 2022 12:30

"Omikron ştammının dünyanın digər ölkələrində yayılmasından artıq xeyli vaxt keçib və bu səbəbdən də artıq əlimizdə kifayət qədər dəlil var ki, Omikronun daha yoluxdurucu olmasını qeyd edək".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, Omikronun digər ştammlardan daha öldürücü olduğu, daha ağır gedişlə müşahidə olunduğu təsdiqini tapmayıb:

"Omikronun bizə kimi aşkar olunduğu ölkələrdə yoluxma sayında artım müşahidə edilib. Bunu nəzərə alaraq Omikron Azərbaycanda da aşkar edildiyi üçün irəliləyən günlərdə yoluxma sayında artım müşahidə oluna bilər. Bunun qarşısının alınmağının tək yolu qorunma qaydalarına ciddi riayət etməkdir. Bildiyiniz kimi xüsusi qorunma tədbirlərimiz, xüsusi müəalicə tədbirlərimiz olmadığı üçün yalnız yuxarı tənəffüs yolları xəstəliklərinə xas olan ümumi qorunma qaydaları burada da keçərlidir. Yəni sosial məsafənin gözlənilməsi, maskanın taxılması, əl gigiyenası, otaqların havalandırılması...

Həmçinin virusun Omikron ştammına yoluxanlarda da digər ştammlarda olduğu kimi ağırlaşmaların qarşısını almaq üçün vaksinasiyanın tələblərinə də ciddi riayət olunmalıdır. 

Bu ştammın digərlərindən daha öldürücü olduğu, daha ağır gedişlə müşahidə olunması təsdiqini tapmadı. Yəni bu ştamm ağırlaşmalarla daha çox müşahidə olunan ştamm kimi yadda qalmadı. Buna görə də qorxmaq yox, sadəcə ehtiyyat qorunma tədbirlərinə daha ciddi riayət etmək lazımdır. Qorunma tədbirləri, qaydaları da olduğu kimi qalır, bu ştammda da o qaydalar keçərlidir. 

İnsanları naraht edən digər məsələ, hazırda məktəblərdə, bağçalarda yayılan xəstəliyin Omikron ştammı olub olmamasıdır. Bildirmək istəyirəm ki, artıq bir aya yaxındır ki, ölkədə "influenza", yəni qrip virusunun müxtəlif mutant variantları, müxtəlif ştammları yayılıb. Bu ştamm da yuxarı tənəffüs yollarının infeksion xəstəliyi olduğu üçün burun axıntısı, hərarətin yüksəlməsi, boğaz ağrısı, halsızlıq kimi əlamətlər, ökürəylə müşahidə olunduğu üçün insanlar bunun haqlı olaraq Omikron olduğunu düşünürlər. Ancaq Omikron ölkəmizdə dünəndən bəri təsdiqlənib. Son bir ayrində yayılmış o xəstəliyin heç də hamısı koronavirus deyil, əksəriyyətində "influenza" virusu müşahidə olunub. Yəni hazırda Omikron ştammı ölkəmizə yeni gəlsə də nəzərə almaq lazımdır ki, bundan öncəki Delta ştammına da yoluxma halları var və "influenza" da olduğu üçün nəinki böyüklərdə, hətta bağça yaşlı uşaqlarda temperaturla müşahidə olunan xəstəlik olduqda mütləq həmin şəxsi izolyasiya etmək, müvafiq poliklinikalara bu haqda məlumat vermək bu xəstyəliyin koronavirus olub olmaması yalnız təsdiqləndikdən sonra müvafiq müalicə və karantin qaydaları gözlənilməlidir. Yəni hər temperaturla müşahidə olunan xəstəyə əslində ilkion etapda biz koronavirus xəstəsi kimi yanaşıb, diaqnozu təsdiqləyib və ya inkar etməliyik".

Təhməz Əsədov
Milli.Az