“Qarabağda Azərbaycanla necə tək ürək olduqsa, Qazaxıstanda da elə olmalıyıq...”

11 Yanvar 2022 21:44

"Bizə qalarsa Qazaxıstandakı son hadisələrdə FETÖ barmağını çox diqqətlə axtarmaq, araşdırmaq vacibdir. Bu casus və haşhaşi terror təşkilatının hədəf ölkələrdə necə alət kimi istifadə olunduğunu ən yaxşı bilən və tanıyan ölkə Türkiyədir", - Türkiyədə hakimiyyət ortağı olan MHP-nin lideri Dövlət Baxçalı partiyasının parlament qrupu qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qazaxıstanda baş verənlər təkcə bu ölkənin deyil, "mən türkəm" deyən hər kəsin ortaq və təxirəsalınmaz problemidir.

"Qazaxıstanın daxili işlərinə hörmətimiz vardır və şəksizdir. Amma qardaşımız dardadırsa onun yanında durmaq, yardımına tələsmək milli iradəmizin və mədəni etibarımızın sarsılmaz, şübhə altına alınmaq reallığıdır. Adımız birdisə mübarizəmiz də bir olmalıdır. Necə Qarabağda Azərbaycanla tək ürək olduqsa, Qazaxıstanda da bərabər olmağımızın önündə hər hansı əngəl yoxdur. Qazaxıstanda bu gün baş verənləri sabah Türkiyədə sınaqdan keçirmək istəyəcəklər", - Baxçalı bildirib.

Milli.Az