Sevda gəlinliyini satışa çıxardı - FOTO

11 Yanvar 2022 13:42

Müğənni Sevda Yahyayeva gəlinliyini satır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Deməsəm olmaz" verilişində deyilib. Bildirilib ki, ifaçı türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan paltarını satmaq qərarına gəlib.

Qeyd edək ki, Sevda ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusi onun üçün hazırlanıb. İfaçı açıqlamalarından birində paltarın qiymətinin baha olduğunu söyləyib.

Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.

Milli.Az