Gürcüstanda “Omikron”a yoluxma halları 950-ni ötdü

11 Yanvar 2022 18:18

Hazırkı dövrədək Gürcüstanda koronavirusun "Omikron" ştamına 951 yoluxma halı təsdiqlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edək ki, qonşu ölkədə "Omikron"a ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.

Milli.Az