11 min oğurlayıb, əyləncəsinə xərclədi - FOTO

11 Yanvar 2022 12:48

Ağsuda oğurluq edərək pulu əyləncəyə xərcləyən şəxs saxlanılıb  
Ağsuda oğurladığı məişət əşyalarını satıb, əldə etdiyi pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Milli.Az