Emin Ağalarovdan bacısı ilə bağlı paylaşım - FOTOlar

11 Yanvar 2022 13:06

Xalq artisti Emin Ağalarov bacısı Şeyla Ağalarovanı 29-cu doğum günü münasibətilə təbrik edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında onunla fotolarını paylaşıb.

Emin şəkillərin şərh bölümünə "Ad günün mübarək, eşqim! Dünyanın ən yaxşı bacısı, həmişə xoşbəxt ol", - deyə, yazıb.

Qeyd edək ki, Şeyla Araz və İrina Ağalarovanın ikinci övladıdır. O, Nyu-Yorkdakı "Fashion Institute of Technology"ni bitirib. Dizayn sahəsində çalışır və öz biznesini təsis edib.

Milli.Az