Qalmaqalları səngitmək üçün transeksuala mükafat verdilər

11 Yanvar 2022 13:18

Xəbər verdiyimiz kimi, "Qızıl Qlobus"un qalibləri bəlli olub. Bu il təşkilatçılar qaliblərin adlarını yalnız rəsmi sosial media hesabları üzərindən açıqlamaqla kifayətlənməli olub. Bunun əsas səbəblərindən biri isə mükafatla bağlı bir sıra qalmaqalların yaranması səbəbindən Amerikadakı televiziya kanallarının mərasimi yayımlamaqdan imtina etməsidir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, münsiflər heyətinin yüzə yaxın üzvü arasında bir nəfər də olsun qaradərilinin olmaması kimi irqi ayrıseçkiliyə qarşı olanlar arasında mükafata namizəd ulduzlar da yer alıb. Aktyor Tom Kruz kimi bir çox məşhurun mükafatdan imtina etməsinin ardından sonuncu təqdimetmə mərasiminə videobağlantı ilə qoşulan yalnız bir nəfər olub: aktrisa Ceymi Li Kertis.

Builki təqdimatda yaddaqalan qaliblərdən biri isə "Dram serialında ən yaxşı aktrisa" nominasiyası üzrə "Pose"də tibb bacısını canlandıran Emcey Rodrigesin seçilməsidir. O, sözügedən mükafatı alan ilk transseksual aktrisa kimi adını tarixə yazmağı bacarıb. Lakin bu seçim mükafatın üzərində olan qalmaqalları səngitmək və yenidən əvvəlki nüfuzunu qaytarmaq cəhdi kimi qiymətləndirilib və mükafatın reputasiyasına təsir etməyib.

Milli.Az