"Kişilər çılpaq görünmək məcburiyyətində qalanda qadınlardan daha əsəbi olurlar" - FOTO

11 Yanvar 2022 10:24

Britaniyanın Prestatin şəhərinin sakinləri qeyri-adi aksiyaya imza atıblar. Onlar nəhəng zibil qutuları almaq məqsədilə lüt şəkil çəkdiriblər.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Çəkilişlərə yerli mağazalar, kafe və restoranlardan olan işçilər, Şimali Uelsin roller derbisi üzrə qadın komandasının üzvləri və Miss Mermaid Wales gözəllik müsabiqəsinin qalibi daxil olub. Təqvim on funta satılacaq. Layihənin təşəbbüskarı 51 yaşlı keçmiş toy fotoqrafı Salli Smart olub. "Məlum oldu ki, kişilər çılpaq görünmək məcburiyyətində qalanda qadınlardan daha əsəbi olurlar" deyə fotoqraf bildirib.

Anar Əli
Milli.Az