Qadın müəllim şagirdin anasını söydü - VİDEO

11 Yanvar 2022 16:30

Kuzbass məktəblərindən birində müəllimin qulaqcıqlara görə əqli qüsurlu şagirdi söyməsi videoya düşüb.

Milli.Az xəbər verir ki, bu barədə kadrlar "Rise" öz Telegram kanalında dərc olunub. Görüntülərdə yeniyetmənin müəllimənin üstünə qışqırması əks olunub. O da cavabında onu ana söyüşü ilə aşağılayır.

Anar Əli
Milli.Az