Qazaxıstana yeni Baş nazir təyin edildi

11 Yanvar 2022 09:56

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev yeni Baş nazir təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə fərman imzalayıb.

Fərmana əsasən, yeni Baş nazir Alixan Smailov olub.

Parlamentin aşağı palatasının deputatları Baş nazirin sabiq müavininin təyinatını dəstəkləyiblər.

Milli.Az