İşğaldan azad edilən Şuşa şəhərində silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 "Faqot", 5 "Muxa", 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Həmçinin, Füzuli rayonunun Horadiz dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd "AK-74" markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd "R-392" markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.
Milli.Az