Sülhməramlıların Qazaxıstanı tərk edəcəyi vaxt açıqlandı

11 Yanvar 2022 09:46

KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında deyib.

Onun sözlərinə görə, qoşunların mərhələli şəkildə çıxarılması bu il yanvarın 13-dən başlayacaq və təxminən 10 gün çəkəcək.

Milli.Az