"Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi"

11 Yanvar 2022 10:58

Jurnalist, teleaparıcı Kamran Həsənli "Toylar kralı" verilişində baş verən bir sıra məqamlara toxunub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, K.Həsənli  müğənni Manaf Ağayevin qalibiyyətindən söz açıb:

"1 milyon 600 min səslə Manaf qalib gəldi.

Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi. Üstünə brilyant qaşı da özü qoymuşdu. "ANS" ona "Swarovski" qaşlı mikrofon hədiyyə etmişdi. Manafın tac qoyma mərasimində ona oxumayacağını bildirdim. 

O da, "niyə?" deyə sual verdi. 

Söylədim ki, Qismət oxuyacaq, oxuyan odur. Manaf da bunu təsdiqlədi. Tacqoyma mərasimində hamı əyləşmişdi. Qismət tarixi şur təsnifini oxudu. Hamı, ən çox Manaf  alqışlayırdı. "Toylar kralı"nda kral başqası olmasına baxmayaraq, özünün razılığı ilə Qismət oxudu. Bu adam 1 milyon 600 min dollar  pul gətirib. Kişi kimi dedi ki, düz deyirsən, oxuyan odur".

Milli.Az