Pul qazanmağın yeni üsulunu tapdı, 700 min qazandı - FOTO

11 Yanvar 2022 10:36

Amerikada əyləncə dünyasının ulduzu olan Paris Hilton pul qazanmağın yeni yolunu tapıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, 40 yaşındakı Hilton uzun müddətdir hazırladığı virtual əyləncə adası "Paris World"də  yeni il partisi təşkil edib.

İngilis jurnalist Tali Fraser sözügedən partiya virtual olaraq qoşlulub və Parisin yeni dünyasını kəşf edib. O bildirib ki, Parisin partisi öz toyunun keçirildiyi Beverli Hillsdəki malikanəsində və Santa Monikada olub. Bu parti ona 700 min dollar qazandırıb.

İnsanlar virtual avatarları ilə partiyə ödənişsiz qatılıblar. Lakin "Gucci" kimi məşhur brendlərin virtual mağazalarından məhsul almaq, helikopter və ya gəmi səyahəti, Parisin həyatda 350 min dollar olan itlərinin evinə digər şəxsin virtual ev heyvanını aparması pullu olub.

Hazırda Maldiv adalarında bal ayında olan Paris özü də partiyə onlayn qoşulub. Onun avatarının diceylik etdiyi öyrənilib.

Jurnalistin sözlərinə görə, əvvəlcə öz avatarlarını geyindirmək üçün virtual mağazalardan alış-veriş edilib. O, özü 3 dollara kofta, 14 dollara "Gucci" brendindən çanta alıb. Partiyə virtual "Bentley" ilə gedilib. 30 dollara satılan VİP kartı alanlar hər yeri gəzə biliblər. Onlar Hiltonun toy partisini etdiyi yeri ziyarət edib, helikopterlə səyahət imkanı qazanıblar. Qonaqlar bir-biriləri ilə mesajlaşaraq tanış olublar. Paris özü bütün qonaqlarla salamlaşıb. 

Milli.Az