Ərdoğan Azərbaycanla bağlı qərarı təsdiqlədi

11 Yanvar 2022 09:24

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.

Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Razılaşmaya əsasən , 2024-ci ilədək , illik olaraq Azərbaycanda idaxal edilən 1,7 milyard kub metr təbii qaz Socar Turkey Enerji A.Ş ehtiyacları üçün təmin ediləcək.

Qeyd olunub ki , memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.

Milli.Az