88 dollara aldığı tablo on minlərlə dollarlıq əsər çıxdı - FOTO

11 Yanvar 2022 11:24

Londonda bir sənət tarixçisi Kristofer Raytın 88 dollara (təqribən 150 manat) aldığı əsərin 17-ci əsrin orijinalı olduğu ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, tablo məşhur Flamand rəssamı Entoni van Deykin şah əsəridir və azı 54 min dollar (91 800 manat) dəyərindədir.

Rayt kətanın Van Deykin rəsminin surəti olduğunu düşünübmüş. O, rəsmi ikinci rəy üçün Oksforddakı Aşmola Muzeyinin Avropa incəsənəti üzrə baş kuratoru Kolin Harrisona aparıb.O da bunun Van Deykin əsəri olduğunu irəli sürüb.

Londondakı Kurto İncəsənət İnstitutu Harristonun sözlərini təsdiqləyib.

Milli.Az