Kürdəmirdə “KamAZ” piyadanı vuraraq öldürüb

11 Yanvar 2022 08:34

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili piyadanı (ad-soyadı dəqiqləşdirilir-red) vurub. Ağır xəsarətlər alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az