2021-ci ilin ən yaşlı futbolçusu açıqlandı

11 Yanvar 2022 08:32

2021-ci ildə dünyanın yüksək liqalarında çıxış etmiş ən yaşlı oyunçu məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, Misirin "Əl İttihad" klubunun qapıçısı Məhəmməd Abdel Monsefdir. Monsefin fevralın 6-da 45 yaşı tamam olacaq.

Misirli qapıçı son olaraq ötən il, dekabrın 24-də "Əl Masri"yə qarşı keçirilən matçda (1:0) meydana çıxıb.

Milli.Az