Əfqanıstanın Çindəki səfiri istefa verib

11 Yanvar 2022 08:22

Əfqanıstanın Çindəki səfiri Cavid Əhmər Qaim avqustdan bəri maaşını ala bilmədiyi üçün istefa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə diplomat sosial media hesabında yazıb.

Bütün diplomatlar səfirliyi tərk etdikdən sonra Əhməd Qaim 5 xidməti avtomobilin açarlarını seyfə qoyub, səfirliyin bank hesabında isə 100 000 dollar saxlayıb. Bundan sonra diplomat telefonlara cavab vermək üçün də bir köməkçi qoyaraq qeyri-müəyyən istiqamətə gedib. Hazırda Pekində yerləşən binada bayraq çıxarılıb, ərazini Çin polisi qoruyur.

Qeyd edək ki, Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan səfirliklərində qeyri-müəyyənlik hökm sürür. Bu yaxınlarda İtaliyadakı səfirlikdə köhnə və yeni səfər arasında dava barədə xəbər yayılıb. Oxşar vəziyyət BMT-dəki nümayəndəlikdə də baş verir.

Milli.Az