Kiprdə güclü zəlzələ baş verib

11 Yanvar 2022 08:12

Kipr sahillərində 6.4 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi EMSC məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 05.07-də qeydə alınıb. Yeraltı təkanların episentri Limassol şəhərindən 111 km şimal-qərbdə, 2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az