Yaponiyada səyahət qadağasının müddəti uzadılıb

11 Yanvar 2022 08:02

Yaponiya hökuməti epidemioloji vəziyyəti nəzərə alaraq xarici vətəndaşlara viza verilməsini tam qadağan edən qərarın müddətini daha bir ay uzadıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida məlumat verib.
Qeyd edək ki, ölkədə 2020-ci ilin dekabrından tam səyahət qadağası hökm sürür. Ölkəyə yalnız Yaponiya vətəndaşları və diplomatlar daxil ola bilir. Gələnlər təcrid və karantin dövrü keçməlidirlər.

Milli.Az