Bakıda yeniyetmə döyülərək ağır xəsarət alıb

11 Yanvar 2022 08:58

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Tağıyev Əli Qüdrət oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az