Bakıda gənc qız dəm qazından zəhərlənib

11 Yanvar 2022 08:48

Bakının Sabunçu rayonunda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Qurbanlı Ümidə Təvəkkül qızı evin hamam otağında dəm qazından boğulub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az