İsrailin XİN rəhbəri koronavirusa yoluxub

11 Yanvar 2022 08:43

İsrailin xarici işlər naziri Yair Lapid koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda nazir öz rəsmi "Twitter" səhifəsində bildirib.

Bununla belə, nazir özünü normal hiss etdiyini qeyd edib.

"Koronavirus testim müsbət çıxıb. Peyvənd olunduğumdan özümü əla hiss edirəm", - deyə Lapid qeyd edib.

O, vətəndaşlara koronavirusa qarşı peyvən olunmağı və tibbi maska istifadə etməyi məsləhət görüb.

"Birlikdə biz bu problemin öhdəsindən gələcəyik", - Yair Lapid yazıb.

Milli.Az