Britaniyada monarxiyanın ləğvi təklif olunur

11 Yanvar 2022 08:23

Britaniyanın antimonarxist "Respublika" qrupunun nümayəndələri monarxiyaya "son" verməyi nəzərdə tutan "No more 70" kampaniyasına başladıqlarını bəyan ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, "respublikaçıların" təmsilçisi Grem Smit ölkə konstitusiyasıyla bağlı ciddi müzakirələrin vaxtı çatdığını bildirib.

Dünyanın ən yaşlı monarxı olan 95 yaşlı Kraliça II Yelizaveta 70-ci ildönümünü qeyd etməyə hazırlaşır, Bukingem Sarayı artıq bu münasibətlə müvafiq proqramı dərc edib. Bu arada, "respublikaçılar" Britaniya vətəndaşlarının gələcəyə baxmağa başlamalı olduqlarını bildirərək, Birləşmiş Krallıqda tarixən formalaşmış idarəetmə formasına alternativ təklif ediblər.

Rəy sorğularına görə, britaniyalıların böyük əksəriyyəti monarxiyanı dəstəkləyir və kraliça II Yelizavetanın reytinqi yüksəkdir.

Milli.Az