Məşhur geyim brendləri cəzalandırıla bilər

11 Yanvar 2022 07:15

ABŞ-ın Nyu-York ştatında planetə ziyan vurduqlarına görə məşhur geyim brendlərinin cəzalandırılmasını təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk dəfə olaraq geyim və ayaqqabı istehsalçılarını istixana qazları emissiyalarına və istismar edilən insanların əməyinin istifadəsinə görə məsuliyyətə cəlb edən qanun layihəsi hazırlanıb.

Qəbul edildikdən sonra qanun illik gəliri 100 milyon dollardan çox olan və Nyu-Yorkda yerləşən moda şirkətlərinə şamil ediləcək. Onların arasında Armani, LVMH (Dior, Louis Vuitton, Givenchy, Guerlain brendlərinə malikdir), Nike, Zara və digər tanınmış geyim, ayaqqabı və aksesuar istehsalçıları var.

BMT-nin məlumatına görə, onların fəaliyyətinin payına qlobal istixana qazları emissiyasının 10 faizi düşür.

Qanunu pozanlar üçün il ərzində gəlirin iki faizi məbləğində, 450 milyon dollardan başıayan cərimə nəzərdə tutulur. Vəsaitlər ekoloji bərabərliyin bərpası ilə məşğul olan yeni ictimai fonda yönəldiləcək.

Milli.Az