Dünyada koronavirusa yoluxanların sayı 305 milyonu ötüb

11 Yanvar 2022 07:05

Dünyada koronavirusa yoluxma hallarının sayı 305 milyonu, ölənlərin sayı isə 5,48 milyonu ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bazar ertəsi verdiyi məlumata deyilir.

Son sutka ərzində koronavirusa 1 736 233 nəfər yoluxub, 4 029 xəstə isə dünyasını dəyişib.

Bütün pandemiya ərzində antirekord yanvarın 6-da qeydə alınıb, 24 saat ərzində 2 741 367 yoluxma halı aşkar edilib.

Yoluxanların və ölənlərin sayına görə birinci yerdə ABŞ qərarlaşıb.

Milli.Az