“Fənərbağça” “Adana Dəmirspor”a məğlub oldu

10 Yanvar 2022 23:45

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında "Fənərbağça" doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi məğlubiyyətə üzülüb. Hesabı "Fənərbağça" açsa da, qonaqlar əzmkar qələbə qazanmağı bacarıblar.
 
Türkiyə Super Liqası
20-ci tur
7 yanvar
 
Trabzonspor - Yeni Malatyaspor 1:0
Qol: Kornelius, 23.
 
8 yanvar
 
Qaziantep - Fatih Karagümrük 3:1
Qol: F.Soyalp, 6. M.Dəmir, 18. Fiqeyredo, 73 - E.Mor, 51.
 
Alanyaspor - Başakşəhər 1:1
Qol: Babakar, 13 - Kaysara, 45.
 
Kasımpaşa - Hatayspor 3:1
Qol: Eysserik, 1. U.Bozok, 6. Travnik, 50 - O.Ergün, 75.
 
Qalatasaray - Girəsunspor 0:1
Qol: M.Süleymanov, 11.
 
9 yanvar
 
Konyaspor - Sivasspor 0:1
Qol: Ceyms, 66.
 
Göztəpə - Antalyaspor 4:0
Qol: Nukan, 22. Ndiaye, 51; 61; 78.
 
Kayserispor - Altay 1:0
Qol: M.Pektemek, 33.
 
Rizəspor - Beşiktaş 2:2
Qol: Pohyanpalo, 56; 68 - Batşuayi, 25. E.İlkhan, 60.
 
10 yanvar
 
Fənərbağça - Adana Dəmirspor 1:2
Qol: Valensiya, 29 - G.İnler, 34. Belhanda, 46.

Milli.Az