Avtomobil piyadanı vuraraq öldürüb

10 Yanvar 2022 23:25

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhəri H.Əliyev prospektində qeydə alınıb. İmişli şəhər sakini, 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlunun idarə etdiyi "VAZ-2107" markalı 10 NL 157 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub. Piyada aldığı xəsrətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az