Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib

10 Yanvar 2022 22:40

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 403 min 104 nəfərin test edildiyi, 65 min 236 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 38 min 242 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Azərbaycanda son sutkada 306 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Magistraturaya sınaq imtahanının nəticələri elan edilib

Milli.Az