Ermənistan “Pegasus”un İstanbul-İrəvan-İstanbul reysini həyata keçirməsinə razılıq verib

10 Yanvar 2022 22:21

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin "Pegasus Airlines" şirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər həyata keçirməsinə razılıq verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl analoji icazə Ermənistanın "Flyone" şirkətinə də verilib.

Milli.Az