Estoniya ötən ay avrozonada inflyasiya üzrə birinci yerdə qərarlaşıb

10 Yanvar 2022 22:06

Estoniya inflyasiya səviyyəsinə görə avrozonada birinci yerdə qərarlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Aİ-nin statistika agentliyi "Eurostat" yayıb.

Bildirilib ki, ötən ilin dekabrında inflyasiya səviyyəsinə görə birinci yeri Estoniya (12 faiz), ikinci yeri Litva (10,7 faiz) üçüncü yeri isə Latviya (7,7 faiz) tutub.

Qeyd olunub ki, Malta (2,6 faiz) və Portuqaliya (2,8 faiz) inflyasiya səviyyəsi 3 faizdən aşağı təşkil edən yeganə iki ölkə olub. Onları Finlandiya (3,2 faiz) və Avstriya (3,8 faiz) izləyib.

Milli.Az