Qazaxıstanda rektorun oğlu avtomobilində öldürüldü

10 Yanvar 2022 17:36

Qazaxıstan Milli Universitetinin rektoru Janseyit Tuymebayevin oğlu Almatıda etiraz aksiyaları zamanı öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qazaxıstan Teleqraf Agentliyi" xəbər verir.

Bildirilir ki, gənc öz avtomobilində güllələnib.

"Əl-Farabi" adına Qazax Milli Universiteti rektorun oğlunun güllə yarasından öldüyünü təsdiqləyib", - deyə məlumatda bildirilir.

Milli.Az