Bu ölkədə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

11 Yanvar 2022 00:45

İsveç hökuməti koronavirusun yayılması ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Maqdalena Andersson elan edib.

Yeni qərara əsasən, yanvarın 14-dən etibarən ölkədə ictimai iaşə müəssisələri saat 23:00-dək işləyəcək. İnsanların yalnız 8 nəfərədək bir yerə toplaşmasına icazə verilir.

Bundan başqa, universitetlərə distant təhsilə keçmək tövsiyə olunub. Bütün kütləvi tədbirlərdə sakinlərdən vaksin sertifikatı tələb olunacaq.

Qeyd edək ki, son günlərdə İsveçdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Yanvarın 5-də 23 877 yoluxma qeydə alınıb ki, bu da pandemiya dövründən ən yüksək göstəricidir.

Həmçinin, ötən həftə İsveç kral və kraliçasının, eləcə də vəliəhd şahzadəsinin koronavirusa yoluxduğu barədə məlumt verilmişdi.

Milli.Az