Gigiyenik pomada və balzamdan istifadə edirsinizsə, mütləq oxuyun! Təhlükə

22 Yanvar 2022 08:11

İstehlakçıların maraqlarını müdafiə edən Que Choisir adlı tanınmış fransız təşkilat gigiyenik pomadaları və balzamların keyfiyyətini araşdıran tətqiqat sifariş edib.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, nəticə ürəkaçan olmayıb. Nümunələrinin 50%-ndə zəhərli maddələr aşkar olunub. Araşdırma zamanı böyük kosmetik brendlərin məhsulları da yoxlanılıb. Lakin bu məhsulların tərkibində də ziyanlı maddələr aşkar olunub.

Nümunələrdə kanserogen maddələr, limfa düyünləri və qaraciyərdə iltihaba səbəb olan yağlar tapılıb.

Nəticədə mütəxəssislər gigyenik pomada və dodaq üçün balzamları potensial kanserogen (xərçəng əmələ gətirən maddə) kimi tanıyıb. Mütəxəssislər gigiyenik pomada və balzamların əvəzinə təbii vasitələrdən (zeytun yağı, badam yağı, ərik yağı adi vazelin) istifadə etməyi tövsiyə edirlər.

Bundan əvvəl keçirilmiş araşdırma göstərib ki, saç boyaları da kanserogen xüsusiyyətlərə malikdir və süd vəzi xərçənginin riskini artırır.

Sübut olunub ki, saçlarını ildə 6 dəfə boyayan qadınlarda süd vəzi xərçənginin riski 14% artır.

Saç boyalarının tərkibində olan kanserogen maddələr baş dərisindən orqanizmə daxil olaraq orqanizmdə toplanır və bu da xərçən xəstəliklərinin riskini xeyli artırır.

Mütəxəssislər ildə 2 dəfədən artıq saçları boyamağı tövsiyə etmir. 

Milli.Az