Sağlamlığınızı qorumaq istəyirsinizsə, belə yatın

20 Yanvar 2022 08:59

Yuxunun az olması insan sağlamlığına ciddi ziyan vurur.

Amerika alimləri sübut edir ki, hər gün 5 saatdan az yatan insanlar 10 il daha tez qocalır və onlarda ürək-damar və mübadilə xəstəliklərinin inkişafı riski 7 saat yatan insanlarla müqayisədə bir neçə dəfə çoxdur.

Yuxu ilə bağlı olan yeni araşdırmada alimlər sağlamlıq üçün ən optimal yatış pozasını axtarırdı. Bir neçə yüz insanın yatış pozasını və sağlamlıq göstəricilərini müqayisə etdikdən sonra alimlər belə qərara gəliblər ki, gecənin əksər vaxtını bel üstə yatan insanlar daha sağlam olur. Belə vəziyyətdə bədən daha yaxşı dincəlir və bərpa olunur. Həmçinin bel üstə yatmaq üz dərisini daha cavan saxlayır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 2-ci yerdə sağlamlığa olan təsirə görə sağ böyürü üstə yatmaq pozası gedir. Alimlər belə pozada yatmaq xoşlayan insanlara dizlərin altına kiçik yastıq qoymağı tövsiyə edir ki, bu belə düşən gərginliyi azaldır.

Sol böyürü üstə yatmaq arzuolunmaz sayılır.

Qarın üstə yatmaq isə ən ziyanlı pozadır. Belə poza yaşlı insanlarda hətta ani ölümünə səbəb ola bilər.  

Milli.Az