Cansu Rihannanın keçmiş sevgilisi ilə eşq yaşayır - FOTO

10 Yanvar 2022 18:48

Türkiyəli məşhur aktrisa Cansu Dərənin qılıncoynatma üzrə dünya çempionu Mayls Çamli-Uotsonla eşq yaşadığı iddia edilib. Onların iki aydır birlikdə olduğu bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mediada tirajlanan xəbərlərə görə, idmançı Cansu Dərə ilə görüşmək üçün İstanbula jurnal çəkilişlərinə gəlib.

Qeyd edək ki, Çamli-Uotson dünyaca məşhur müğənni Rihanna ilə sevgili olub.

Milli.Az