Göygöldə yol qəzası olub, xəsarət alan var

11 Yanvar 2022 21:32

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az