"Xəstəxanaya aparmırıq..." - Ağakərimin SON VƏZİYYƏTİ

10 Yanvar 2022 13:30

Bir müddət öncə ikinci dəfə insult keçirən meyxanaçı Ağakərimdən (Kərim Novruzov) xəbər var.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən söz ustasının oğlu Kamil atasının sağlamlığından danışıb: "Səhhətində heç bir müsbət irəliləyiş yoxdur. Olduğu kimi qalır. Xəstəxanaya aparmırıq, həkimlər özləri evə gəlir, müalicələrini yazıb gedirlər. Ev şəraitində müalicələri davam edir. İnşallah, yaxşı olar".  

Milli.Az