“Popumuz var” qayıdır

10 Yanvar 2022 17:54

Bəstəkar-müğənni Murad Arifin məşhur "Youtube" layihəsi "Popumuz var" geri qayıdır.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

O bildirib ki, tezliklə verilişin yeni buraxılışları yayımlanacaq.

Qeyd edək ki, proqramın ilk buraxılışı 2018-ci ilin fevralında, sonuncu bölümü isə ötən ilin fevralında paylaşılıb. Onu da bildirək ki, veriliş bir müddət İctimai Televiziyada yayımlansa da, Murad Arif yeni bölümlərin yalnız "Youtube"da olacağını bildirib.

Milli.Az