Niderland müğənnisindən Azərbaycanla bağlı paylaşım

10 Yanvar 2022 14:06

Niderlandda yaşayan türk müğənni Karsu Dönmez Aəzrbaycanla bağlı paylaşım edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, instaqramın hekayə bölməsində mərhum Xalq artisti Şövkət Ələkbərovanın repertuarından  "Axşam mahnısı"  əsərini paylaşıb. O, Spotify-da sözügedən bəstəni dinlədiyini vurğulayıb. 

Qeyd edək ki, sözügedən mahnının musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə məxsusdur.

Milli.Az