Britaniyada koronavirusdan 77 nəfər həyatını itirib

10 Yanvar 2022 23:00

Böyük Britaniyada son sutka ərzində 142 224 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 14 617 314 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 77 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 150 230 nəfərə çatıb.

Milli.Az