2022-ci ilin ən gərgin həftələrindən birinin bu həftə olacağı proqnozlaşdırılır.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün İsveçrədə ABŞ və Rusiyanın yüksək rütbəli diplomatları bir araya gələcək. "France-Presse" agentliyinin məlumatına görə, görüş zamanı prezident Vladimir Putinin tələb etdiyi "təhlükəsizlik zəmanəti" məsələsi və Ukrayna ətrafındakı vəziyyət müzakirə ediləcək. Bildirilir ki, danışıqların nəticəsindən asılı olaraq, Putinin Ukraynaya müdaxilə əmrini verib-verməyəcəyi dəqiqləşəcək.
Məlumata görə, diplomatlar şam yeməyində artıq bir araya gəliblər. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov danışıqlardan ümidli olduğunu ifadə edib. Görüşdən əvvəl açıqlama verən ABŞ-ın Dövlət katibi Antoni Blinken isə bildirib ki, Rusiya Ukraynanın başına sərhəddə 100 min hərbçi ilə silah dayadığına görə, nəticə əldə etmək çox çətindir.
Milli.Az