Yarım saat paltaryuyanda "yuyulan" pişik sağ qaldı - VİDEO

10 Yanvar 2022 17:48

Ukraynanın Dnepr bölgəsindən olan şotland cinsi pişik yarım saat paltaryuyanda "yuyulduqdan" sonra sağ qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Broş ləqəbli ev heyvanı sahibləri tərəfindən dərhal baytara aparılıb.

Klinikadan verilən xəbərə görə, hazırda pişik özünü yaxşı hiss edir.

Sahiblərinin bildiriblər ki, o, paltaryuyanda yatmağı çox sevir.

Milli.Az