Möcüzə: Səkkizinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO

11 Yanvar 2022 06:33

Bursada binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılan qadın yerə 10 metr qalmış başqa bir eyvanın damına düşərək sağ qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 3-cü mərtəbədəki eyvanın damına düşən xanım dərhal xəstəxanaya çatdırılıb.

Hadisə zamanı evdə olan qadının həyat yoldaşı ifadə vermək üçün polis bölməsinə aparılıb.

Qonşular qadının sağ qalmasını möcüzə kimi qiymətləndiriblər.

Milli.Az