Keyt Middltonun yubileyi münasibətilə üç FOTOsu dərc olunub

10 Yanvar 2022 10:12

Britaniya kral ailəsinin üzvü, Kembric hersoginyası Keyt Middltonun 40 yaşı tamam olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yubileyi münasibətilə onun üç fotosu dərc edilib.

Hersoginyanın təsvirləri Milli Portret Qalereyası layihəsi çərçivəsində çəkilib.

Onların müəllifi fotoqraf Paolo Roversidir.

Milli.Az