Kabildə bir neçə partlayış baş verib

9 Yanvar 2022 23:34

Yanvarın 9-da Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində bir neçə partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Weesa" qəzeti məlumat yayıb.

Bildirilib ki, həmçinin, Kabil Politexnik Universitetinin ərazisində atışma səsləri eşidilib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Hakimiyyətdə olan "Taliban" nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.

Milli.Az